EN

Son 5 ildə Rusiyadan Azərbaycana nə qədər pul köçürülüb?

Yayımlandı: 11 Sentyabr 2024 12:38 Müharibə başlayan ili pul köçürmələri 5 dəfəyədək artıb Rusiya azərbaycanlıların illərdir ən çox üz tutduğu əmək bazarıdır. Nəticədə, Azərbaycana ən çox pul köçürülən ölkələr sırasındadır. “Baku Research İnstitute” 2019-2023-cü illərdə fiziki şəxslərin Rusiyadan nə qədər pul gətirdiyini hesablayıb. Məlum olub ki, Rusiyanın Ukraynaya təcavüzünün ilk ilində, yəni 2022-ci ildə bu ölkədən Azərbaycana göndərilən pul baratlarının həcmi 5 dəfəyədək artaraq, 3 milyard ABŞ dollarına çatıb. Bir il sonra isə göndərilən pullar 3 dəfə azalaraq, 1,1 milyard dollar olub. Bundan əlavə, 2023-cü ildə Rusiyadan ən çox pul Özbəkistana köçürülüb – 12.9 milyard dollar.İkinci yerdə 4,6 milyard dollarla Tacikistan, üçüncü yerdə isə 3.6 milyard dollarla Ermənistan gəlir. Azərbaycan sıralamada 1,1 milyard dollarla 6-cı yerdədir. 2023-cü ildə Rusiyadan Gürcüstana 1.5 milyard, Qırğızıstana isə 2,3 milyard dollar pul köçürülüb. Ən az vəsait köçürülən ölkə isə Qazaxıstandır – cəmi 200 milyon dollar. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
xural.com

1Sources