EN

Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb

Cəlilabadda yanğın baş verən evdə xəsarət alan uşaq ölüb.

 

AzEdu.az xəbər verir ki, 3 gün əvvəl Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğından xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, yanğın baş verən zaman Rüqəyya evdə yatmış olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları ilk olaraq 5 yaşlı uşağı xilas edərək aidiyyəti üzrə təhvil vermişdilər. Ağır vəziyyətdə olan uşaq təcili olaraq Bakı şəhərinə göndərilmişdi.

Chosen
40
6
azedu.az

5Sources