EN

Müəyyən edilməmiş yerdən keçən qadını qatar vurub öldürdü

Bakı. Trend:

Bakıda qadını qatar vurub.

Trend xəbər verir ki, bubarədə "Azərbaycan Dəmir Yolları" məlumat yayıb.

Bildirilib ki, bu gün saat 19:18-də Bakı-Pirşağı-Sumqayıtistiqamətində hərəkət edən sürət sərnişin qatarı Zabrat sahəsindəhərəkətdə olarkən bir qadın qəfil qatarın yoluna çıxıb.

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə azolduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiyaəməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardımbriqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindəndünyasını dəyişib", - qurumdan bildirilib.

ADY bir daha insanlara çağırış edərək, onları dəmir yoluxətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindənkeçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyəçağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
50
az.trend.az

10Sources