EN

Millimizin ilk oyunu İsveçə qarşı olacaq

Futzal üzrə AÇ – 2026-nın əsas mərhələsinin V qrupunun təqvimi müəyyənləşib. SİA xəbər verir ki, Azərbaycan millisi mübarizəyə dekabrda doğma meydanda başlayacaq. Komandamız son görüşünü də paytaxtda keçirəcək. Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq.

Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.

17 dekabr

Azərbaycan – İsveç

31 yanvar

Xorvatiya – Azərbaycan

4 fevral

Azərbaycan - Yunanıstan

11 mart

Yunanıstan – Azərbaycan

11 aprel

İsveç – Azərbaycan

15 aprel

Azərbaycan – Xorvatiya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
7
sia.az

10Sources