EN

"Alpin" komandası Fransada etiraz aksiyası keçiriəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Formula-1" üzrə dünya çempionatında iştirak edən "Alpin" komandasının əməkdaşları bu gün Fransada etiraz aksiyası keçirəcəklər.
Oxu.Az xəbər verir ki, onlar "Renault"un Viri-Şatiyondakı motor proqramının bağlanmasına etiraz edəcəklər.
Aksiya "Renault"un baş ofisində gerçəkləşəcək.
Daha əvvəl "Renault"un İdarə Heyətinin sədri Luka de Meo "Alpin" komandasının daha səmərəli idarə edilməsinə və Viridə mühərrik istehsalına nail olmaq niyyətində olduğunu bildirib. Bu baxımdan "Alpin" üçüncü tərəf mühərriklərinə, məsələn, "Mercedes"ə keçə bilər.
Bu, "Alpin" həmkarlar ittifaqının kəskin reaksiyasına səbəb olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
oxu.az

1Sources