EN

Senat üzvləri Baydenə səsləndilər - Ukraynada ABŞ silahları işə düşsün

 
ABŞ-dəki bəzi Demokratlar və Respublikaçılar Konqresinin üzvləri Co Baydeni Ukraynanın Rusiya ərazisinə uzaq mənzilli ABŞ silahları ilə hücumuna mane olan məhdudiyyətləri ləğv etməyə çağırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə demokrat senator Jeanne Shaheen CNN-ə açıqlamasında deyib.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Demokrat Ben Cardin isə verdiyi açıqlamada Ukraynaya Rusiya hərbi varlıqlarını hədəfə almada daha çox çeviklik verilməsinin Moskvanın Ukrayna xalqına zərər vurma qabiliyyətini azaldacağını qeyd edərək Bayden administrasiyasını bu mövzuda addım atmağa səsləyib.

Digər tərəfdən, Respublikaçılar Partiyasının Nümayəndələr Palatasının üzvləri Tomas H.Kin Jr, Ken Kalvert, Maykl R.Törner, Mayk Rocers, Maykl Makkoul və Riçard Hudson sentyabrın 9-da Baydenə göndərdikləri birgə məktubda bildiriblər.
  
Qeyd edək ki, dünən Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücum etməsinə icazə vermə ehtimalını dəyərləndirib və qərarın veriləcəyi təqdirdə Rusiyanın reaksiyası ilə bağlı bunları deyib:
 
\"Buna lazımi cavab veriləcək. Ukraynadakı xüsusi hərbi əməliyyatların hamısı vacibdir və bunun alternativi yoxdur\".
 
Mikayıl
Chosen
142
50
azxeber.com

10Sources