EN

Vyetnamda qasırğası nəticəsində ölənlərin sayı 200-ə çatıb

Vyetnamın şimalında "Yaqi" qasırğası nəticəsində ölənlərin sayı 197-ə çatıb. 

İqtisadiyyat.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Asiya ölkələrində təsirli olan “Yaqi” qasırğasının ən çox ziyan vurduğu Vyetnamda can itkisi artır. “Yaqi” qasırğası ölkənin şimalında güclü daşqın və sürüşmələrə səbəb olub. Məlumata görə, qasırğa nəticəsində 800 nəfər yaralanıb.

Açıqlamada itkin düşən 128 nəfərin axtarışlarının davam etdiyi qeyd edilib. Sel səbəbilə ölkənin şimalında 200 min hektar əkinçilik sahəsi məhv olub.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
iqtisadiyyat.az

1Sources