EN

BRİKS-in təhlükəsizlik liderləri Sankt-Peterburqda TOPLANIR

BRİKS-in təhlükəsizlik liderləri sentyabrın 11-12-də Sankt-Peterburqda toplanır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə keçiriləcək BRİKS təhlükəsizlik sammitində gələcək dünya nizamının parametrləri müzakirə olunacaq.

 

Forumda həmçinin çoxqütblülüyün dəstəklənməsi və xalqların özinkişaf yolunu seçmək hüququ, eləcə də qlobal siyasi və maliyyə-iqtisadi idarəetmə sistemlərində islahatlar müzakirə olunacaq.

 

İlkin gündəliyə görə, bu il Rusiyanın sədrlik etdiyi BRİKS qrupunun nümayəndələri Qərbin tətbiq etdiyi “qaydalara əsaslanan nizam”a qarşı birgə işləmək barədə danışmaq niyyətindədirlər.

 

Qeyd olunur ki, BRİKS nümayəndələri dövlət suverenliyinə əsaslanan müstəqil siyasət yürütməyə can atan Qlobal Cənub ölkələri ilə dialoqa xüsusi maraq göstərirlər. Tədbirin təşkilatçıları qlobal məsələlərdə kəskinləşən qarşıdurma və gözlənilməzlik, dünya iqtisadiyyatında və maliyyədə vəziyyətin pisləşməsi, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq yolunda maneələrin artması fonunda görüşü çox əlamətdar hesab edirlər.

 

Bundan əvvəl Sankt-Peterburqda BRİKS-in təhlükəsizlik üzrə ali nümayəndələrinin 14-cü iclası işə başlayıb. Şoyqunun sədrliyi ilə keçirilən tədbirdə Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, eləcə də Misir, BƏƏ, İran və Efiopiyadan nümayəndələr iştirak edir.

 

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin tədbirdə iştirak edən BRİKS nümayəndələri ilə görüş keçirə bilər.

 

Firuzə Əliyeva
 

Chosen
117
1
sfera.az

2Sources