EN

Naxçıvan Azərbaycan Basketbol Liqasında təmsil olunacaq

Azərbaycan Basketbol Liqasının 2023-2024-cü il lər mövsümünün gümüş mükafatçısı olmuş “Xəzri” komandasının adı dəyişdirilib.

Bakıvaxtı.az AZƏRTAC-ın əldə etdiyi məlumata istinadla xəbər verir ki, ötən mövsüm Bakını təmsil edən kollektiv 12 klubun çıxış edəcəyi növbəti çempionatda “Naxçıvan” adı ilə mübarizə aparacaq.

Muxtar respublikanı təmsil edəcək komandanın baş məşqçisi ötən mövsüm “Xəzri”yə rəhbərlik etmiş türkiyəli mütəxəssis Murat Dikmən olacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının yeni mövsümündə “Lənkəran” və MOİK kollektivləri də debüt edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
2
bakivaxti.az

3Sources