EN

İsrail əməliyyat keçirdi və iranlı zabitlər qaçırıldı

İsrail Müdafiə Qüvvələri iranlı zabitləri qaçırmaq üçün gizli quru əməliyyatı həyata keçirib.

Missiya.Az xəbəbr verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.

Bildirilir ki, bu yaxınlarda yüksək rütbəli iranlı zabitlərin olduğu Masyaf kimyəvi silah tədqiqat mərkəzinə hücum edilib. 

Məlumata görə, hava hücumlarından sonra İsrail helikopterləri desantları yerə endiriblər, onlar ildırım əməliyyatı keçiriblər və bu əməliyyat zamanı iranlı zabitləri əsir götürərək naməlum istiqamətə aparıblar.

Qeyd olunub ki, İran və Suriyanın ciddi məxfilik tədbirləri səbəbindən əsir götürülən zabitlərin dəqiq sayı hələlik məlum deyil.

Daşqın HəsənovMissiya.Az

Chosen
59
missiya.az

1Sources