“Milan” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, yarımmüdafiəçi İsmael Bennaser sıradan çıxıb. 26 yaşlı futbolçu Əlcəzair millisinin düşərgəsində olarkən zədələnib. Onun 2024-cü ili başa vurduğu müəyyənləşib. Bennaserə sağ ayağının baldır əzələsindən ciddi zədə diaqnozu qoyulub. Futbolçunun əməliyyata ehtiyacı olub-olmayacağını müəyyən etmək üçün bir həftə sonra yenidən tibbi müayinə olacaq.