EN

Makronun həyat yoldaşına “kişi” deyənlər cəzalandırılacaq – Paris məhkəməsi qərar verib

Parisdə məhkəmənin Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun “kişi olaraq doğulduğunu” iddia edən iki qadına hökm çıxaracağı bildirilib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Paris məhkəməsi iyun ayında Nataxa Rey və Delfin Yeqousun işinə baxıb. Qeyd olunur ki, birinci xanım Bricit Makron iclasda iştirak etməyib, onu vəkil təmsil edib. Əsas müttəhim Rey də xəstəliyi ilə əlaqədar iclasda iştirak etməyib. Birinci xanım Bricit və onun qardaşı Yan-Mişel Tronier Reyi “böhtan” atmaqda ittiham edib.

Bricit Makronun vəkili məhkəmədən hər iki qadının mənəvi ziyan kimi hər birinə 10 min avro cərimələnməsini və məhkəmə xərclərinə təxminən 3 min avro ödənilməsini tələb edib.

Qeyd edək ki, Makronun özündən 24 yaş böyük həyat yoldaşının kişi olduğuna dair müxtəlif iddialar var. Bir neçə dəfə bu barədə yayılan xəbərləri tənqid edən Makron deyilənləri “uydurma"  adlandırıb.

“AzPolitika.info”

Chosen
78
azpolitika.info

1Sources