EN

Ermənistan və Çin müdafiə nazirləri əməkdaşlığın inkişafını müzakirə ediblər

Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

"İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan və Çinin müdafiə nazirləri Suren Papikyan və Dun Tszyun arasında Çində keçirilən görüşdə bildirilib.

Tərəflər iki ölkənin silahlı qüvvələri arasında yüksək səviyyəli əlaqələri daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.

Qeyd edək ki, Suren Papikyan Çində işgüzar səfərdədir.

Chosen
31
3
ikisahil.az

4Sources