EN

MSK Natiq Cəfərlinin müraciəti ilə bağlı qərar qəbul edib

Bakı. Trend:

Növbədənkənar parlament seçkilərində 33 saylı Xətai BirinciSeçki Dairəsindən qeydə alınmış namizəd Natiq Cəfərlininmüraciətinə baxılıb.

Trend xəbər verir ki,müraciət barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçiriləniclasında MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, o müraciətində dairə seçki komissiyasının ləğvedilməsini və dairə seçki komissiyası üzrə seçkilərin nəticələrininetibarsız sayılmasını istəyib:

“Namizəd araşdırmaya gəlməyib. Namizəd tərəfindən təqdim edilənmüraciətdə bülletenlərin seçki qutusuna atılmasını normal izləyəbilməmələri, protokolların imzalanmadan və möhür vurulmadanverilməsi, bülletenlərin sol küncünün əvvəlcədən kəsilmiş olduğu vəs məsələlər göstərib.

Müəyyən edilib ki, namizəd tərəfindən 40 seçki məntəqəsindəpozuntu olduğu iddia edilsə də, 7 seçki məntəqəsi üzrə tərtibedilən aktlar şikayətə əlavə olunub. İddia edilən pozuntuların başvermədiyi, müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərəlazımi şərait yaradıldığı müxtəlif partiyaların müşahidəçilərindənalınan izahatlarda öz əksini tapıb.

Namizəd tərəfindən hazırkı şikayətə əlavə edilmiş elektrondaşıyıcıda 5 seçki məntəqəsindən 10 videogörentü təqdim edilib. 1,24, 25 saylı seçki məntəqələrində səsvermə kabinələrindən 2 nəfərinçıxması müşahidə edilir. Araşdırma zamanı müəyyən edilib ki,onlardan biri səs verən digəri isə ona kömək edən şəxsdir vəvideoda da görünür ki, qutuya yalnız 1 bülleten atılıb. Aparılmışaraşdırma ilə müəyyən edilir ki, dairə seçki komissiyası düzgünqərara gəlinib və müraciət təmin edilməməlidir”.

Məsələ səsverməyə çıxarılıb və DSK-nın qərarı qüvvədəsaxlanılıb.

Qeyd edək ki, Zahid Oruc, Namus Atakişiyev, Fuad Abbasov,Yengibar Əliyev, Natiq Cəfərov, Gülnar Xəlilova,
Aysel Səfərli, Elnurə Nemətova, Kamran Məmmədli, Arif Əliyev,Xaliddin Cahangirovun mübarizə apardığı dairədə Zahid Oruc deputatseçilib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərsiyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindənnamizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasipartiya mənsubiyyəti var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
33
az.trend.az

1Sources