EN

Ermənistan Naxçıvanı niyə atəşə tutur? - AÇIQLAMA

"Ermənistan atəşkəsi pozmaqla bir neçə məqsəd güdür. İlk növbədə "Azərbaycanın aqressiyası" mövzusunu şişirdərək Qərbdən daha çox siyasi, iqtisadi və hərbi dəstəyin alınmasını təmin edir".

Bunu "Unikal"a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, Ermənistan belə atışmaları öz maraqları çərçivəsində istifadə edir ki, daim Qərbin gündəliyində aktual mövzu kimi qalsın:

"Azərbaycan tərəfi bildirir ki, Ermənistan birinci atəş açır. Lakin Ermənistan tərəfi ümumiyyətlə atəşkəsin pozulması faktını inkar edir. Əvvəllər deyirdilər ki, Azərbaycan tərəfi birinci atıb. İndi bunlar atəşkəsin pozulması faktını danırlar. Bu faktı danmaqla yanaşı, Azərbaycanla ikitərəfli komissiyanın yaradılmasını təklif edirlər. Hər zaman bu təklifi aktual saxlayırlar. Provakasiyalar həyata keçirməklə təkliflərinin gündəlikdə olmasına, beynəlxalq ictimaiyyətin diqqətini çəkməsinə çalışırlar".

Qeyd edək ki, bu gün saat 00:15-dən 01:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Horadis yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bundan əvvəl də ermənilər Naxçıvan istiqamətində bir neçə dəfə atəşkəsi pozublar.

Anar Kəlbiyev

Chosen
49
50
unikal.az

10Sources