EN

Fernando Alonso karyerasını bitirəndən sonra nə edəcək?

Formula 1 üzrə ikiqat çempion Fernando Alonso "Aston Martin" ilə cari müqaviləsi başa çatdıqdan sonra Dünya Dözümlülük Çempionatına (WEC) qayıda biləcəyinə işarə edib.

90deqiqe.Az xəbər verir ki, “RacingNews365" təcrübəli pilotçunun dediklərini belə çatdırıb:

“Mən 2026-cı ildə Formula 1-də yarışacam, 2026-cı ildən sonra isə Formula 1 və ya digər seriyalarda yarışacam. Əgər Formula 1-də yarışmasam, yenə də bu və ya digər vəzifədə Aston Martin-də qalacağam, ona görə də ümid edirəm ki, bu parlaq gələcəkdən həzz alacağam.

Gələn il debüt edəcək bir Valkyrie proqramı da var, ona görə də 2027, 2028 və ya 2029-cu illərdə nə olacağını kim bilir?” 

Sentyabrın 10-da "Aston Martin" Adrian Nevey ilə müqavilə bağladığını açıqlayıb. Mütəxəssis 2025-ci il martın 1-dən iş vəzifələrini icra etməyə başlayacaq. Adrian indi "Red Bull"un əməkdaşıdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
90deqiqe.az

1Sources