EN

Arzuman Muradlı: “Ermənistan xarici təsirlərlə idarə olunur”

Son günlər Ermənistan tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı təxribatların sayı artıb. Artıq iki gündür ki, qarşı tərəf Naxçıvandakı Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutur.

XALQ.AZ məlumat verir ki, baş verənlərlə bağlı fikirlərini bildirən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, atəşkəsin pozulması halları və baş verən təxribatların arxasında birbaşa Paşinyan hakimiyyəti dayanır:

“Ermənistan rəhbərliyi bu yolla sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır. Xəbər verildiyi kimi Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirlər səslənir. Baş nazir Nikol Paşinyan isə ehtiyat edir ki, Azərbaycanla sülh müqaviləsinə imza atsa, seçkilərdən məğlub ayrılacaq. Bu səbəbdən seçkilərə qədər vaxt udub yenidən qələbəsni rəsmiləşdirmək üçün bu kimi təxribatlara rəvac verir”.

Arzuman Muradlı hesab edir ki, Ermənistan rəhbərliyini təxribatlara sürükləyən digər bir amil xarici təsirlərlə bağlıdır:

“Regionda marağı olan ölkələrin, xüsusilə Fransanın Ermənistanı sürətli şəkildə silahlandırması Paşinyan hakimiyyətini bu kimi təxribatlara əl atmağa sürükləyir. Ancaq İrəvan unudur ki, Azərbaycanın səbri sonsuz deyil və Dəmir Yumruq yenidən Ermənistanın baş üzərində görünə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
xalq.az

1Sources