EN

ABŞ-ni qasırğa vurdu: Şəhər qaranlığa qərq oldu

ABŞ-də Francine qasırğası Luiziana ştatını vurub.

Bakupost.az xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) verdiyi açıqlamada, dünən yerli vaxtla saat 17:00-da Morqan şəhərini qasırğa vurub.

Şəhərə saatda 155 kilometr sürətlə əsən güclü külək nəticəsində evlərin dam örtüyü uçub, ağaclar aşıb, maddi ziyan dəyib. Qasırğanın yaratdığı leysan yağışları nəticəsində küçə və prospektləri su basıb.

Luiziana və qonşu Missisipi ştatının səlahiyyətliləri fövqəladə vəziyyət elan edib və sakinlərə diqqətli olmaları barədə xəbərdarlıq edib. Luiziana qubernatoru Ceff Landri keçirdiyi mətbuat konfransında ştatda yaşayanları səyahət etməməyə, evdə qalmağa və köçməməyə çağırıb.

Bildirilib ki, Luiziana ştatında bu səhər saatlarından etibarən 380 mindən çox ev və iş yerində elektrik enerjisi kəsilib.

Polisin verdiyi məlumata görə, Nyu Orlean hava limanında bütün uçuşlar ləğv edilərkən, Lafourche bölgəsində su basmış evlərdə qalan 26 nəfər xilas edilib.

Francine qasırğası gecəyə doğru zəifləyib və tropik tufana çevrilib.

"Cebheinfo.az"

Chosen
49
2
cebheinfo.az

9Sources