EN

Aİ Şurası Rusiyaya qarşı fərdi sanksiyaları rəsmən uzadıb

Avropa İttifaqı Şurası Rusiyaya qarşı fərdi sanksiyaların müddətini 2025-ci il martın 15-dək uzadıb.

Bu barədə Aİ-nin saytında dərc edilmiş bəyanatda deyilir.

“Mövcud tədbirlərə fiziki şəxslərin səyahətinə məhdudiyyətlər, aktivlərin dondurulması, müəyyən edilmiş fiziki və hüquqi şəxslərə vəsaitlərin və ya digər iqtisadi resursların verilməsinə qadağa daxildir”, - deyə məlumatda bildirilir.

Bəyanatda bildirilir ki, Aİ Ukrayna ilə davamlı siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik əməkdaşlığı təmin etməyə meyllidir.

Chosen
48
aznews.az

1Sources