"Sumqayıt"dan ayrılan Slaviş Radoviç özünə yeni komanda tapıb.
Prosport.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Radniçki" ilə anlaşıb.
Serbiya Superliqasında çıxış edən klub onunla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Radoviç "Sumqayıt"a bu yay keçmişdi.