EN

Zəngəzur dəhlizi bu səbəbdən İranın “Qırmızı xətti” İMİŞ

Rəsmi Tehran “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” olduğunu deyib.
İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”.
O, X hesabında yazıb.
 
Ermənistandan keçməklə Naxçıvanla Azərbaycanı birləşdirəcək quru yolu Bakı Zəngəzur dəhlizi adlandırır.
 
Bəs görəsən Zəngəzur dəhlizi nə üçün İranın “qırmızı xətti”-nə çevrilib?
 
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Moderator.az-a danışdı. 
 
“İran Zəngəzur dəhlizinin reallaşmasına hər vəchlə mane olmağa çalışır. Hətta Rusiyadan da bu məsələni dəstəklədiyi üçün narazıdır. Son zamanlar dəhlizin reallaşması üçün diplomatik fəalllğını artırıb,Azərbaycan və Ermənistana təsir etməyə çalışır. Amma bu dəhlizin İrana aidiyyatı yoxdu. Azərbaycan və Ermənistanın daxili məsələsidi və bu məsələ həll olunacaq. Həll olunsa belə İran buna qarşı çıxış edə bilməyəcək. İran Zəngəzur dəhlizini məntiqsiz olaraq belə izah edir ki sərhədlər bağlana bilər. Bu məntiqsiz yanaşmadı. Zəngəzur dəhlizi İran Ermənistan sərhədini qapatmayacaq, əksinə bu dəhlizdən İran özü də istifadə edə bilər. Hesab edirəm ki, sülh sazişi imzalanandan sonra Azərbaycanla Ermənistan arasında razılaşma əldə ediləcək. İran buna mane ola bilməyəcək. İran gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsini qəbul etmək məcburiyyətində qalacaq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
moderator.az

1Sources