EN

Muxtar Babayev Serbiya Respublikasının hökuməti ilə bir sıra görüşlər keçirib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

"Operativ Media" xəbər verir ki, Belqradda keçirilən mərasimdə Azərbaycanı COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təmsil edib.

Saziş iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, M.Babayev Belqradda Serbiya Respublikasının hökuməti ilə bir sıra görüşlər keçirib.

Chosen
70
22
operativmedia.az

10Sources