EN

BQXK-nin avtomobili atəşə tutuldu

Rusiya ordusu Donetskdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobili atəşə tutub.

KONKRET.az xəbər verir ki, nəticədə ölən və yaralananların olduğu açıqlanıb.

Bildirilib ki, hadisə komitə əməkdaşları Verolyubovka kəndində olarkən baş verib.

Ukrayna Ombudsmanı Dmitri Lyubinets Rusiyanın artilleriya zərbələrinin BQXK-nın humanitar yük avtomobilinə tuş gəldiyini, BQXK-nın 3 əməkdaşının həlak olduğunu açıqlayıb.

Ombudsman BQXK-nın daha iki əməkdaşının yaralandığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
11
konkret.az

10Sources