EN

NATO-nun Baş katibi Münhen Təhlükəsizlik Konfransının sədri olacaq

NATO-nun Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının yeni sədri olacaq.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Politiko" məlumat yayıb.

Yens Stoltenberq 2025-ci ilin fevralından etibarən Münhen Təhlükəsizlik Konfransının sədri vəzifəsini icra edəcək.

Qeyd edək ki, 2022-ci ildən vəzifədə olan Kristof Housgen sədr vəzifəsini tərk edəcək.

Stoltenberq 2014-cü ildən NATO-nun Baş katibidir. Onu baş katib vəzifəsində oktyabrın 1-də Niderlandın keçmiş Baş naziri Mark Rutte əvəz edəcək.

Xəbər 2 dəfə oxunub.
Chosen
70
2
xezernews.az

3Sources