EN

Rəis müavini Salmanov HƏBS OLUNDU - FOTO


Rusiya Milli Qvardiyasının Krım Respublikası rəis üzrə müavini Vitali Salmanov vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə iki ay müddətinə həbs edilib.

News24.az Lent.az-a istinadla bildirir ki, bu barədə Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiyalar Komitəsinin sədri Aleksandr Xinşteyn məlumat verib.

Onun sözlərinə görə, 2022-ci ilin iyununda Salmanov xüsusi təyinatlıların kazarmasının təmiri üçün 20 milyon rubl dəyərində müqavilə bağlayıb. İşlər tam başa çatmayıb, lakin Salmanov sənədləri imzalayıb və müqaviləni qəbul edib. Büdcəyə dəymiş ziyan təxminən 1,5 milyon rubl təşkil edib.


Chosen
71
news24.az

1Sources