EN

Lukaşenko Paşinyan haqqında: "Mən şəxsən onlara xəbərdarlıq etdim"

Bakı. Trend:

Qarabağda baş verənlər təkcə Ermənistan rəhbərliyiningünahıdır.

Trend-in "Belta"agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BelarusPrezidenti Aleksandr Lukaşenko Belarusda yaşayan müxtəlifmillətlərin nümayəndələri ilə görüşündə deyib.

"Bütün dövlət başçıları ya susanda, ya da bunun əleyhinə olandamən şəxsən onlara xəbərdarlıq etdim: bu əraziləri onlara(Azərbaycana) verin. Üstəlik, onlar (Ermənistan hakimiyyəti) buərazilərin “bizim ərazilərimiz olmadığını” qəbul ediblər. Həminərazilərdə hətta quşlar da yerə enməyib, uçmayıb, yəni oradainsanlar olmayıb, heç kim yaşamırdı. Belə münbit təbii mühitdə,münbit torpaq olan yerdə insanlar yaşamırdılar", - deyə o, məcburiköçkün və qaçqın vəziyyətinə düşmüş azərbaycanlıları xatırladaraqbildirib.

A.Lukaşenko xatırladıb ki, o, bu regionu sülhə çağırıb, lakinErmənistanda onlar fərqli mövqe tutublar: “Bəli, bu torpaqlar bizimtorpaqlarımız deyil, buralar Azərbaycan torpaqlarıdır, amma bizonları qaytarmayacıq, müharibə edəcəyik”.

"Və bu mənim xəttim idi. Mən bunu İrəvanda bağlı qapılararxasında dedim. Sonra Putindən xahiş etdim. Artıq ikimizPaşinyandan xahiş etməyə başladıq: “Bu problemi həll edin!” - Yox,biz müharibə edəcəyik. Axırda müharibədə heçnə eldə etmədiz. Bəsonda niyə indi Rusiyadan, hətta bizdən də inciyirsiniz? Özün dəetiraf etdin ki, Qarabağ Azərbaycanın ərazisidir", - deyə obildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
4
az.trend.az

5Sources