EN

Ceyran Haşımova: "Mən müəllim idim, Zeynəb Xanlarova isə tələbə, amma indi məni heç yada salmır"

"Bilirsiniz ki, artıq bir müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Yorğan-döşəyə düşmüşəm. Görək başımıza nə gəlir? Buna görə də efirlərə çıxa bilmirəm. Gedə bilmirəm. Evdə darıxıram, amma nə edə bilərəm? Hər yerim ağrıyır. Havalar da pis təsir edir. Yəqin ki, vaxt gəlib çatıb artıq.. (kövrəlir)."

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib.

O daha sonra əlavə edib:

"Mən Azərbaycanda yeganə qadın xalq artistiyəm ki, tarzənəm. Amma mənə "Şöhrət" ordeni verilmədi. Arzum bu idi. Nə qədər məktub da yazdım, cavab gəldi ki, baxılacaq. Yəqin ki, mən öləndən sonra verərlər. Bilmirəm hansı səbəbə unudulmuşam. Qalan problemim yoxdur. Mən görürəm ki, bu ordeni elə bir ucdan hamıya verirlər. Xalq artistləri Flora Kərimova və Səkinə İsmayılova da "Şöhrət" ordeni aldılar. Halal olsun onlara! Mən bir söz demirəm. Onlar müğənnilər, mən isə pedaqoq sənətkaram. Mən Azərbaycanda qızlarla yeganə ansambl yaratmışam. Yetişdirmələrim əməkdar və xalq artistləridir. Onlarla qürur duyuram" , - deyə sənətkar bildirib.

Ceyran Haşımova sənət adamlarının çox vəfasız olduğunu bildirib:

"Mən Asəf Zeynallı adına Musiqi Məktəbində müəllim işləyəndə Zeynəb Xanlarova orada tələbə idi. İndi heç bir münasibətim yoxdur. Nə münasibət qalacaq? Mən şöbə müdiri idim. Tələbələr Zeynəbdən gəlib mənə şikayət də edirdilər. Yanıma çağırıb başa salırdım ki, belə olmaz. Amma heç kimin yadına düşmürəm! Onlar məni yada salmalıdırlar. Yada salmırlar. Mənim 90 yaşım var. Heç kimdən də incimirəm. Hər kəsin öz problemləri var. Vəfasızları da var, vəfalıları da var! Elələri var ki, heç mən adda adam tanımırlar. Müğənniləri dənizə atsanız, balıqlar baş vurub ordan çıxar. Onların 90 faizi vəfasızdır" , - deyə sənətkar bildirib.

Poliqon.info

Chosen
89
50
poliqon.info

10Sources