EN

Moskvada son 76 ilin ən isti gecəsi qeydə alındı

Sentyabrın 12-nə keçən gecə 1948-ci ildən bəri payız müşahidələri dövründə Moskvada ən isti gecə olub. 

HİT.az xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Soloviyev "Live" proqramının efirində bildirib.

Sinoptikin məlumatına görə, ötən gecə paytaxtın VDNKh baza meteoroloji stansiyasında minimum temperatur +16,6°C-yə yüksəlib. Tişkovets qeyd edib ki, bu göstəricilər subtropik Soçi üçün gecə normasına uyğundur.

Mütəxəssis əlavə edib ki, havaların isti keçməsinə baxmayaraq, paytaxtda az yağıntı müşahidə olunub. Belə ki, Moskva meteostansiyalarında 0,1 millimetrdən 0,3 millimetrədək yağıntı düşüb.

Qarşıdan gələn həftəyə gəlincə, Tişkovets qeyd edib ki, havanın günəşli və quraq olacağı proqnozlaşdırılır, temperatur isə yay kimi qalacaq.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
hit.az

1Sources