EN

İşgüzar insanlar daha qısa yaşayır - ARAŞDIRMA

Amerikalı alimlər müəyyən ediblər ki, daim məzuniyyətsiz işləyən insanlar xroniki alkoqolizmdən əziyyət çəkənlərə nisbətən daha qısa yaşayırlar. 

News24.az xəbər verir ki, tədqiqatın nəticələri American Journal of Epidemiology (AJE) elmi jurnalında dərc olunub.

Araşdırmada 45-64 yaş arası 749 qadın iştirak edib. Alimlər subyektlərin həyat tərzini təhlil edib, onların iş həyatı və pis vərdişləri haqqında məlumat toplayıblar. Bundan sonra, təxminən iyirmi il davam edən könüllülərin müşahidə dövrü başlayıb.

Təhlil təsdiqləyib ki, həddindən artıq işləmək və istirahət etməmək iştirakçıların sağlamlığı üçün ciddi təhlükəyə çevrilə bilər. Alimlər müəyyən ediblər ki, daim çox işləyən insanların ömrü alkoqol asılılığından əziyyət çəkənlərə nisbətən daha qısadır. 

Tədqiqatçılar qeyd ediblər ki, davamlı yorğunluq infarkt kimi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır.

Məryəm İlhamqızı

Chosen
60
news24.az

1Sources