Süni intellekt Çempionlar Liqasının qalibini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "Opta" super-kompüterinin hesablamalarına görə, "Mançester Siti" 2024-25 mövsümü üzrə çempion olacaq. Onlara 25,3% şans verilib.
Çempionluğa namizədlər arasında 2-ci yerdə 18,2% göstərici ilə "Real Madrid" klubu göstərilib. Digər klubların şansları aşağıdakı kimidir:
25,3% "Mançester Siti"
18,2% "Real Madrid"
10,9% "İnter Milan"
6,3% "Arsenal"
5,4% "Bayer" (Leverkuzen).