EN

İsrail ordusu HƏMAS briqadasını darmadağın etdi

İsrail ordusu (ÇAXAL) Qəzza zolağının cənubundakı Rəfahda yerləşən HƏMAS briqadasını darmadağın edib və 2308 döyüşçünü məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

""Rəfah briqadası" məğlub oldu. Onun dörd batalyonu məhv edilib və biz şəhər ərazisinə nəzarəti ələ keçirmək üçün əməliyyatı başa çatdırmışıq", - deyə İsrail ordusunun briqada generalı İtsik Koen bildirib.

O qeyd edib ki, hərbi mühəndislər bir-birinə bağlı 203 yeraltı tunel də aşkar ediblər. Onlar Misirdən Filadelfiya dəhlizi - Qəzza zolağının Misirlə sərhəd zolağı vasitəsilə Rəfaha qədər uzanırdılar. General qeyd edib ki, hərbçilər keçidlərin əksəriyyətini dağıdıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
2
bakivaxti.az

3Sources