ABŞ Ukraynanı ehtiyac duyduğu hər şeylə təmin etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərlə keçirdiyi brifinqdə açıqlayıb.
“Bütün diqqətimiz Ukraynanın özünümüdafiəsinə və onun ərazilərinin qaytarılmasına yönəlib. Bunun üçün Ukraynanı lazım olan hər şeylə təmin etməyə hazırıq”, - ABŞ rəsmisi bildirib.
Müəllif: Teleqraf.com