EN

Azərbaycan səfiri “ILX Management” şirkətinin rəhbəri ilə görüşüb

Azərbaycan səfiri “ILX Management” şirkətinin rəhbəri ilə görüşüb

Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev bu ölkənin Amsterdamda yerləşən qlobal inkişaf maliyyəsi və birgə investisiya strategiyaları üzrə ixtisaslaşmış “ILX Management” şirkətinin baş icraçı direktoru Manferd Şepers (Manferd Schepers) ilə görüşüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Niderlandın İqlim Siyasəti və Yaşıl İnkişaf Nazirliyində keçirilmiş görüşdə pensiya fondları aktivlərinin iqlim layihələrinin maliyyələşdirilməsinə cəlb edilməsinin innovativ modeli ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, qlobal birgə maliyyə investisiya strategiyalarının inkişafı üzrə aktiv menecer olan şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi çoxtərəfli inkişaf bankları ilə birgə investisiya proqramları həyata keçirir. İnvestisiyalar iqlim fəaliyyətinin və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən müxtəlif sahələrin maliyyələşdirilməsi üçün istifadə olunur.

Görüşdə Azərbaycanda 240 meqavatlıq (MVt) "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisinə investisiya yatırıldığı və tikintiyə başlanıldığı qeyd olunub. Bildirilib ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanda, eləcə də Qafqaz regionunda bərpaolunan enerji sektorunda ən böyük külək elektrik stansiyası olacaq.

Görüşdə iqlim elçisi şahzadə Hayme de Burbon de Parm, Niderland XİN-nin, eləcə də İnfrastruktur və Su İdarəçiliyi nazirliklərinin əməkdaşları da iştirak ediblər.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
ilk.az

2Sources