EN

Viktor Xrenin: NATO şərq cinahda öz imkanlarını gücləndirir

NATO ölkələri Belarus və Rusiyadan planlaşdırılan təcavüzü ağlasığmaz bəhanə ilə şərq cinahda hərbi potensialını gücləndirir.

“İki sahil”in məlumatına görə, bunu 11-ci Beynəlxalq Syanşan Təhlükəsizlik Forumunda çıxış edən Belarusun müdafiə naziri Viktor Xrenin deyib.

“NATO-ya üzv dövlətlərin hökumətləri hərbi xərclərin artması barədə öz xalqlarına hesabat verməkdən qürur duyur. ÜDM-in 2%-i kimi rəqəmə artıq nail olunub. Onlardan bəziləri hərbi xərcləri daha da yüksəltməyə çalışır. Buna bariz nümunə müasir hücum silahlarının alınması və onların dağıdıcı potensialının inkişafı, Rusiya və Belarusun ağlasığmaz planlı təcavüzü bəhanəsi ilə NATO-nun şərq cinahını gücləndirmək üçün töhfələrin artırılmasıdır”, - Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
90
ikisahil.az

1Sources