Aparıcı İlqar Mikayıloğlunun "Günə bax" verilişində dəyişiklik edilib.
Day.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu gün tamaşaçıların qarşısına həyat yoldaşı Zülfiyyə Bayramova ilə birlikdə çıxıb.
O qeyd edib ki, hər həftənin cümə axşamı proqramı xanımı ilə birlikdə aparacaq.
Cütlük birlikdə kişi və qadınlara aid mövzuları müzakirə edəcəklər.
Qeyd edək ki, İlqar Mikayıloğlunun verilişi ARB TV-də yayımlanır.