Moldovada Birləşmiş Sülhməramlı Qüvvələrin müqaviləli əsgəri xidməti vəzifəsini yerinə yetirərkən ölümcül yaralanıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
Operativ İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə sentyabrın 12-də saat 17:50 radələrində baş verib. Əsgər postunda xidmət edərkən “təmin edilmiş silahdan açılan atəş nəticəsində” dünyasını dəyişib.
Hadisə yerinə gələn həkimlər əsgərin öldüyünü müəyyən ediblər.
Faktla bağlı polisin əməliyyat-istintaq qrupu tərəfindən araşdırma aparılır.
Oxuməni.az