EN

Bayden Avropa silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməyin tərəfdarıdır

Əgər silahlar Amerikaya məxsus deyilsə, Bayden Kiyevin Qərb silahlarından Rusiya xəttinin arxasında istifadəsinə razılıq verməyə meyllidir...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəeti anonim “Avropa” mənbələrinin sözlərinə əsaslanan məqalə dərc edib.

Mənbələr bildiriblər ki, ABŞ prezidenti Co Bayden Ukraynaya Qərb silahlarından Amerika silahı olmadığı halda Rusiya torpaqlarında istifadə etməyə icazə vermək ərəfəsində görünür.

Xatırladaq ki, Bayden bu gün İngiltərənin baş naziri Keir Starmer ilə görüşəcək. Qeyd edək ki, Britaniya hökuməti dünən Rusiyanın dərinliklərindəki hədəflərə qarşı “Storm Shadow” qanadlı raketlərinin istifadəsini tamamilə məqbul hesab edib. Lakin London bu məsələdə müttəfiqlər arasında fikir ayrılıqları olduğu təəssüratı yaratmamaq üçün Vaşinqtondan birbaşa razılıq almaq istəyir.

Mənbələrin bildirdiyinə görə, Bayden hələ yekun qərar verməyib.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
poliqon.info

1Sources