EN

Rusiyadan gətirilən hind quşunda salmonella aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Banker.az xəbər verir ki, tədbirlər çərçivəsində “TFL-CO.” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan, 01.05.2024-27.11.2024-cü il, 01.06.2024-28.11.2024-cü il, 06.07.2024-02.01.2025-ci il istehsal və son istifadə tarixli hind quşu subməhsulu partiyalarından Agentlik əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

 

Chosen
54
banker.az

1Sources