EN

Yuxu pozuntusunun psixoloji izahı

“Hər il dünyada Beynəlxalq Yuxu Günü (World Sleep Day) qeyd edilir. Yuxu günü ilk dəfə 2008-ci ildə qeyd olunub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yuxu və sağlamlıq problemləri layihəsi çərçivəsində qeyd olunur. Orqanlarımızın normal çalışması, sinir sistemimizin normada olması və həmçinin dəpsixoloji cəhətdən sağlam olmaq üçün vacib amillərdən biri də yuxu rejimimizin qaydasında olmasıdır!”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinindosenti, psixologiya üzrə fəlsəfə doktoru Nurəngiz Rzayeva deyib.

Onun sözlərinə görə,günümüzdə ən aktual problemlərdən biri də yuxu pozuntusudur: “Son dövrlərdə yuxu pozuntusundan əziyyət çəkən insanların sayı getdikcə artmaqdadır.Hesab edilir ki, normal yuxu vaxtı 7-9 saat arası olmalıdır. Hər kəs bir neçə gecə yuxusuzluqdan əziyyət çəkə bilər, ancaq bu vəziyyət həftələr və ya aylarla davam edərsə, yuxusuzluq və ya xroniki yuxusuzluq kimi qeyd edilə bilər. Təbii ki, normal yuxu vaxtının olmaması insanların həyatına təsir edir, həyat keyfiyyətini aşağı salır”. Psixoloq həmçinin qeyd edib ki, yuxusuzluq hər yaşda baş verə bilər, lakin qadınlarda və yaşlılarda daha çox rast gəlinir: “Gərgin iş rejimi, xroniki stress, depressiya, texnoloji vasitələrdən hədsiz istifadə və s. kimi hallar yuxusuzluq problemi yarada bilər. Yatmadan öncə ağır qidalar, qazlı içkilər qəbul etmək də yuxusuzluq yarada bilir. Bu problem birbaşa olaraq insan psixologiyasına da mənfi təsir edir. Zaman keçdikcə psixoloji pozuntu halına da keçə bilir. Artıq bu hallar həyat fəaliyyətimizə, ailəmiz və ətrafımız ilə münasibətimizə təsir edirsə, mütləq professional dəstək almaq lazımdır. Yuxu problemi olan insanlarda aqressiya, əsəbilik, stress, gərginlik daha çox görülən hallar sırasındadır. Bu problemin aradan qaldırılması üçün zamanında psixoloq dəstəyi və dərman müalicəsi lazımdır”, - deyə N.Rzayevabildirib.

Afət Tahirqızı

Chosen
55
sia.az

1Sources