EN

Almaniya Mərkəzi Asiyada nüfuzunu gücləndirməyə çalışır

Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Olaf Şolz sentyabrın 15-17-də Qazaxıstan və Özbəkistana səfər edəcək.

Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, kansler Mərkəzi Asiya – Almaniya formatında keçiriləcək ikinci sammitdə iştirak edəcək. Sammitdə Almaniyanın bu iki ölkə ilə əməkdaşlığı dərinləşdirmək istəyi müzakirə olunacaq.

Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebestreytin açıqlamalarına görə, səfərin əsas məqsədlərindən biri elm, iqtisadiyyat, enerji və xammal kimi əsas sahələrdə əməkdaşlığı genişləndirmək olacaq. Səfər zamanı Şolzu yüksək səviyyəli işgüzar nümayəndə heyəti müşayiət edəcək.

Ötən il Berlində keçirilən birinci Mərkəzi Asiya - Almaniya sammitində regional strateji tərəfdaşlıq sazişləri imzalanıb. Xəbərə görə, builki səfərdə layihələrin icrası müzakirə olunacaq. İqtisadi, enerji və təbii ehtiyatlar sahəsində əməkdaşlıqla yanaşı, Almaniyanın əsas məqsədlərindən biri də Mərkəzi Asiya ölkələrinin böhranlara qarşı dayanıqlığını artırmaqdır.

Qəzet qeyd edib ki, sammit həm də Almaniyanın rəhbərliyi ilə hazırlanmış Mərkəzi Asiya - Aİ formatı ilə kəsişir. Aİ regionda mövcudluğunu gücləndirmək və xüsusilə enerji və xammal sahəsində əməkdaşlığı artırmaq üçün uzunmüddətli planlar həyata keçirir.

“Nezavisimaya qazeta” onu da yazıb ki, Almaniya və Avropa İttifaqının Mərkəzi Asiya ilə əməkdaşlığı genişləndirmək səyləri region ölkələrinin Rusiya və Çinlə əməkdaşlığını azaltmaq məqsədi daşıyır. Ekspertlərin fikrincə, bu səfərlər və layihələr Mərkəzi Asiya ölkələrini Rusiya və Çinin təsirindən uzaqlaşdırmaq üçün atılan strateji addımlardır.

Chosen
59
hafta.az

1Sources