EN

Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının rəhbəri olacaq

Yens Stoltenberq NATO-nun baş katibi postunu tərk etdikdən sonra Münhen Təhlükəsizlik Konfransının rəhbəri olacaq.

Editor.az bildirir ki, bu barədə sentyabrın 12-də “Politico” mənbəyə istinadən yazıb. Onun sözlərinə görə, növbəti konfransın keçiriləcəyi 2025-ci ilin fevralında alman diplomat Kristof Heusgenin əvəzinə Stoltenberq konfransa rəhbərlik edəcək.

Nəşr yazır ki, bu mövqe Stoltenberqi “Ukraynadakı müharibənin istiqaməti və ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən sonra NATO-nun gələcəyi ilə bağlı narahatlığın artdığı bir vaxtda kritik transatlantik qurumun rəhbərliyinə gətirir”.

//Samir Qurbanov, Editor.az

Chosen
66
editor.az

1Sources