EN

İcra hakimiyyətləri ləğv edilir - Yeni idarəçilik belə olacaq

Azərbaycanda yeni idarəçiliyə keçidlə bağlı fərqli fikirlər səslənir. Ölkə inkişafın yeni mərhələsindədir. Burada yeni vəzifələr, çağırışlar var. Bunun üçün hərtərəfli islahatlar həyata keçirilməlidir. Köhnə qayda və üsullarla yeni çağırışlara uyğunlaşmaq mümkün deyil.

Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.

O qeyd edib ki, cəmiyyət həyatının bütün sahələrində islahatlar həyata keçirilməlidir:

“Daxildə əlaqəni düzgün qurmaqla nəticəyə nail ola bilərik. İdarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi vacibdir. Yerli icra strukturları ilə yanaşı bələdiyyələr də mövcuddur. Ərazilər işğaldan azad edildikdən sonra xüsusi nüməyəndəliklər formalaşıb”.

İqtisadçı alim hesab edir ki, köhnə idarəçilik üsullarının nəticələri məlumdur:

“Bələdiyyələrin qanunvericilikdə əksini tapmış səmərəli fəaliyyətindən isə danışmaq olmaz. Hazırda bələdiyyələr məhdud maliyyə imkanlarına malikdir. Onların gəliri işçilərin məvacibini ödəməyə belə imkan vermir. Əgər bələdiyyələrə dəstək olunsa, onlar özünü daha geniş spektorda göstərə bilər. Dünya praktikasında bununla bağlı kifayət qədər ciddi nümunələr var”.

Əli Məsimliyə görə, yerli problemlərin həlli istiqamətində bələdiyyədən effektiv idarəçilik üsulu yoxdur:

“İlk növbədə bələdiyyələrin səmərəliliyinin artırılması təmin edilməlidir. Yerli icra strukturları ilə bələdiyyələrin fəaliyyəti optimallaşdırılmalıdır. Daha çox səlahiyyət verməklə bələdiyyinin yerli idarəetmədə rolunu artırmaq olar”.

Chosen
77
2
turkustan.az

3Sources