Dünya Bankı Qara dənizin çirklənməsini azaltmaq üçün Qlobal Ətraf Mühit Fondunun (GEF) 6,39 milyon dollarlıq qrantını təsdiqləyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
Məlumata görə, son bir neçə onillikdə Qara dəniz Avropanın ən çirkli su hövzələrindən birinə çevrilib.
Qrant Qara dənizin çirklənməsini azaltmaq üçün Gürcüstan, Moldova, Türkiyə və Ukraynada hökumətlərin və özəl sektorun səylərini dəstəkləyəcək. Qrantın alıcısı və layihənin icraçı təşkilatı Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisi olacaqdır.
Gözəl Həşimova