EN

Bahalı maşından kart oğurladı, saxlanıldı

Nəsimi rayonu ərazisində yerləşən avtoyuma məntəqəsində “BMW” markalı avtomobildən hesabında 1500 manat olan 3 ədəd bonus kartının oğurlanması və həmin bonuslar istifadə olunmaqla mobil telefon alınması barədə polisə məlumat daxil olub. 

Avtosfer.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 30 yaşlı V.Qurbanov müəyyən olunaraq saxlanılıb. 

Ondan metamfetamin aşkar olunaraq götürülüb.

***

19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə sentyabrın 7-də “Honda” markalı avtomobildən içərisində pul, sənədlər və bank kartları olan pulqabını oğurlamaqda və həmin kartdan alış-veriş etməkdə şübhəli bilinən 20 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
avtosfer.az

1Sources