"Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır, həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Elə buna görə də dünyada bir sıra nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qəbul edilir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov deyib: "Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı getdikcə artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir. Azərbaycan dünya miqyasında böyük nüfuza malikdir. Prezident İlham Əliyevin uğurlu strategiyası nəticəsində ölkəmiz regional güc mərkəzinə çevrilib. Azərbaycan müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi-mədəni və siyasi elitası Bakıda bir araya gəlir.
Mürəkkəb beynəlxalq münasibətlər şəraitində ayrı-ayrı dövlətlərin dünya siyasətində mövqeyini möhkəmləndirən, nüfuzunu artıran başlıca strateji amil həyata keçirilən xarici siyasət kursunun səmərəliliyidir. Uğurlu xarici siyasət kursu milli maraqların təmin olunmasını mümkün etməklə yanaşı, ölkənin qarşısında yeni inkişaf perspektivlərin yaranmasını şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi isə unikal və mütərəqqi nümunə kimi çıxış edir".Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31