EN

İçində yaşayış olan bina sökülür

"Kursus-Nizami" Mənzil-Tikinti Kooperativi sakinləri illərdir yaşadığı mənzildən məcburən çıxmağa vadar edir.

MTK binanın qəzalı olduğunu bəhanə edib, Kamil Balakişiyev və İmaməddin Nəsimi küçələrinin kəsişməsində yerləşən 2519-cu məhəllədə yerləşən 39, 41, 43, 45, 47/13 nömrəli üçmərtəbəli binaları, eləcə də onların həyətində yerləşən ikimərtəbəli uşaq bağçasını, qazanxananı, qeyri-yaşayış obyektlərini sökmək barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığa gəlib.

Bu barədə Hit.az-a bina sakinləri məlumat veriblər.

Bina sakini Cavanşir Əliyev bildirib ki, bina 60-cı ildə tikilib:

“Sakinlərin bir hissəsi razılaşıb, digər hissə razılaşmır. Onlar da binanın pəncərə qapılarını divarlarını sökürlər. Bu gün də həyəti dağıtmağa başlayıblar ki, sakinlər məcbur razılaşıb köçsün. Bizə bu şəkildə əziyyət verilir”-deyə o qeyd edib.

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
hit.az

1Sources