EN

Gürcüstan və Çin Orta Dəhlizin inkişafı haqqında saziş imzalayıb

Gürcüstan və Çin arasında Orta Dəhlizin inkişafı haqqında saziş imzalayıb.

"İki sahil" yerli KİV-ə istinadən xəbər verir ki, sənədə Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili və Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədri Çao Çensin imza atıblar.

Mərasimdən sonra jurnalistlərə açıqlama verən L.Davitaşvili bildirib ki, bu addımın ölkəyə əlavə sərmayə cəlbinə şərait yaradılacağı bildirilib: “Bu memorandum ölkəmizə Çinlə daha sıx iqtisadi münasibətlər yaratmağa, eləcə də əlavə investisiyaların cəlb olunmasına imkan verəcək. Onun sayəsində Gürcüstandan Çinə ixracın səviyyəsi də artacaq. Biz sözü gedən dəhlizə daha böyük həcmdə yük cəlb edə biləcəyik. Bununla da Gürcüstanın regional hab qismindəki əhəmiyyəti artacaq”.

Chosen
9
8
ikisahil.az

8Sources