EN

Türkiyə turizm sahəsində dünyada ilk 5-likdədir

Türkiyə turizm baxımından dünyada ilk 5-likdədir...

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Qaziantep Kültür Yolu Festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Türkiyə 60 milyon turist hədəfinə doğru mühüm addımlar atarkən, 60 milyard dollar gəlir əldə etməyi də hədəfləyir.

Ersoy Mədəniyyət Yolu Festivalını çox qısa müddətdə 7 bölgədə keçirdiklərini deyib:

"Bu il 16 şəhərdə keçirdiyimiz festival ölkəmizin ən böyük və zəngin brend layihələrindən birinə çevrildi. İnşallah, şəhərlərimizin brend dəyərinə ciddi töhfə verən festivalın tutumunu hər il daha da artıracağıq. Mədəniyyət və incəsənətlə bütünləşən turizm vizyonu ilə ortaya qoyulan mədəniyyət siyasətinin nəticəsi olan Kültür Yolu Festivalı, iştirakçı sayı ilə bu gün dünyanın ən böyük festivallarından biridir. Avropanın ən seçkin mədəniyyət və incəsənət festivallarını özündə birləşdirən Avropa Festivallar Assosiasiyası dörd il ərzində nə qədər uğurlu olduğumuzu göstərir".

Türkiyənin dünyada turizm baxımından ən güclü potensiala malik ölkələr arasında olduğunu, lakin təəssüf ki, keçmişdə bu potensialın düzgün qiymətləndirilmədiyini bildirən Ersoy, Türkiyədə turizm deyildikdə yalnız dəniz, qum və çimərliyin başa düşüldüyünü vurğulayıb.

"2002-ci ildə ölkəmizə 13 milyon turist gəlib və turizmdən əldə etdiyimiz gəlir 12 milyard dollar olub",-deyən nazir qeyd edib ki, turizmdəki müvəffəqiyyətin altında yatan səbəblərdən biri turizmdə müxtəlifliyi artırmaq və tarix, inanc, mədəniyyət, təbiət, sağlamlıq və qastronomiya kimi sahələrdə əhəmiyyətli işlərin həyata keçirilməsidir.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
50
poliqon.info

10Sources