EN

"Fonoqramı qonşu oxumayıb ki..."

Əməkdar artist Lalə Məmmədova bir neçə gün əvvəl qatıldığı toyda fonoqram oxuduğu üçün ev sahibləri tərəfindən şiddətə məruz qalan müğənni Kərim Abasova dəstək olub.

Publika.az xəbər verir ki, sənətçi Kərimi döyənləri tənqid edib:

"Fonoqramı qonşumuz, xalamız qızı, əmimiz nəvəsi oxumayıb ki... Öz səsimiz, nəfəsimizdir. Belə mədəniyyətsizlik, tərbiyəsizlik hamımızın başına gələ bilər. Gücləri sənətçiyə çatır. Həyat bumeranqdır, nə ediriksə, həyat hamısını qarşımıza çıxarır. Sən zəhmətinlə qazanan oğulsan Kərim, hamımız bunu bilirik, sənin yanındayıq".

Chosen
49
1
publika.az

2Sources