EN

Azərbaycandan turist axını 21 % artıb

Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,6 % artaraq 1 milyon 458,6 min nəfər olub.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 42,2 %-i Türkiyəyə, 20,5 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,4 %-i İrana, 20,2 %-i digər ölkələrə səfər edib. Gedənlərin 63,9 %-ni kişilər, 36,1 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən ölkə vətəndaşlarının sayı 36,3 %, Rusiyaya gedənlərin sayı 16 %, Gürcüstana gedənlərin sayı 14,9 %, Türkiyəyə gedənlərin sayı 14,8 % artıb.

Hesabat dövründə xarici ölkələrə səfər edən vətəndaşların 69,8 %-i hava, 28,1 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Chosen
66
19
ikisahil.az

3Sources